525.Az

Səfirlik: “Çindən təxliyə edilən Azərbaycan vətəndaşlarının səhhəti yaxşıdır”


 

Səfirlik: “Çindən təxliyə edilən Azərbaycan vətəndaşlarının səhhəti yaxşıdır”<b style="color:red"></b>

“Çinin Uhan vilayətindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarının səhhəti yaxşıdır, heç bir şikayətləri yoxdur”.

Bunu APA-nın yerli bürosuna açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Elçin Tanrıverdiyev deyib.

O bildirib ki, 14 gün karantin müddəti tamam olduqdan sonra Azərbaycan vətəndaşları xəstəxanadan buraxılacaqlar.

“Karantin müddətinin başa çatmasına bir neçə gün qalmış Azərbaycan vətəndaşlarının vətənə yola salınması məsələsi öz həllini tapacaq”, - deyə E. Tanrıverdiyev vurğulayıb.

Qeyd edək ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə ümumilikdə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşları olub. 

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, Çinin Uhan vilayətindən Türkiyəyə təxliyə edilən şəxslərdə koronavirus aşkarlanmayıb.

 





05.02.2020    çap et  çap et