525.Az

Türkiyədə sərnişin təyyarəsi uçuş zolağından çıxaraq 3 hissəyə bölünüb, 2 pilot ağır yaralanıb - YENİLƏNİB


 

Türkiyədə sərnişin təyyarəsi uçuş zolağından çıxaraq 3 hissəyə bölünüb, 2 pilot ağır yaralanıb -<b style="color:red"> YENİLƏNİB</b>

İstanbulda Sabiha Gökçen hava limanında İzmir-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində baş verən qəzada iki pilot ağır yaralanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə İstanbul valisi bildirib.

Qartal Təhsil Araşdırma Xəstəxanasının Baş həkimi deyib ki, xəstəxanaya 14 yaralı gətirilib, onlar yüngül xəsarət alıblar. Digər 32 yaralı isə başqa xəstəxanalara yerləşdirilib.

Nəqliyyat və infrastruktur naziri Məhmət Cahit Turhan sərnişinlərin təxliyəsinin davam etdiyini bildirib.

Qeyd edək ki, qəza baş verən zaman hava limanının Nəzarət Qülləsinin əməkdaşı ilə pilotlar arasındakı rabitə əlaqəsi olub. Səs yazısında təyyarənin sərt eniş etməsinə güclü küləyin səbəb olması ehtimal olunur.

Hazırda təyyarənin qara qutusunun əldə edilməsinə cəhdlər edilir.

İstanbul Baş Prokurorluğu qəza ilə bağlı araşdırmaya başlayıb.

 





05.02.2020    çap et  çap et