525.Az

Milli Kitabxanada Polad Bülbüloğlunun 75 illiyi qeyd edilib


 

Milli Kitabxanada Polad Bülbüloğlunun 75 illiyi qeyd edilib<b style="color:red"></b>

Fevralın 4-də M.F.Axundzadə adına Milli Kitabxanada Xalq artisti, bəstəkar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun anadan olmasının 75 illiyi münasibətilə tədbir keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən söhbət açıb. Bildirib ki, Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna ən ali mükafat olan Heydər Əliyev Ordenini təqdim edib.

Direktor deyib ki, Polad Bülbüloğlu zəngin yaradıcılığa malik istedadlı bəstəkardır. Onun musiqi mədəniyyətimizə bəxş etdiyi nəğmələr, o cümlədən, kinofilmlərə yazdığı unudulmaz musiqilər, simfonik əsərlər, "Məhəbbət və ölüm" baleti bu gün də dünyanın ən sevilən musiqiləri sırasındadır. Milli Kitabxana tərəfindən bəstəkarın 20-dən artıq musiqisi məşhur Petruççi Kitabxanasının saytında yerləşdirilib: "Polad Bülbüloğlu həm də vaxtilə Mədəniyyət naziri və indi səfir kimi Azərbaycana mühüm xidmətlər göstərib, bu fəaliyyətini uğurla davam etdirməkdədir".

Daha sonra tədbir iştirakçıları görkəmli bəstəkarın əsərlərindən, haqqında yazılmış kitablardan ibarət "Polad Bülbüloğlu - 75" adlı geniş kitab sərgisi ilə tanış olublar.

 

 





05.02.2020    çap et  çap et