525.Az

Türkiyədə təhlükəli eniş edən təyyarədə 1 Azərbaycan vətəndaşı olub


 

Türkiyədə təhlükəli eniş edən təyyarədə 1 Azərbaycan vətəndaşı olub<b style="color:red"></b>

Türkiyədə İstanbul Sabiha Gökçen Hava limanındakı sərt eniş edərək 3 hissəyə parçalanan "Boeing 737-800" tipi sərnişin təyyarəsində sərnişinlər arasında bir Azərbaycan vətəndaşı da olub.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə NTV televiziyası məlumat yayıb.

Bildirlib ki, təyyarədəki 177 sərnişinlərin ən çoxu Türkiyə vətəndaşıdır. Sərnişinlər arasında həmçinin 4 ABŞ, 1 Azərbaycan, 1 Türkmənistan, 1 Qazaxıstan vətəndaşı olub.

 





05.02.2020    çap et  çap et