525.Az

Azərbaycanın Xarici İşlər naziri TDƏŞ-in Baş katibi ilə görüşüb


 

Azərbaycanın Xarici İşlər naziri TDƏŞ-in Baş katibi ilə görüşüb<b style="color:red"></b>

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə fevralın 6-da Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Xarici İşlər nazirlərinin növbədənkənar iclasının gündəliyində duran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin təşkilatın fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə ediblər.

 





05.02.2020    çap et  çap et