525.Az

"Buta Airways" İstanbul reysinin istiqamətini dəyişdirib


 

"Buta Airways" İstanbul reysinin istiqamətini dəyişdirib<b style="color:red"></b>

Sabiha Gökçen aeroportunun baş vermiş insident səbəbindən bağlanması ilə əlaqədar "Buta Airways"in J2-9103 nömrəli reysinin sərnişinləri İstanbul Yeni hava limanına aparılacaq.

"Buta Airways"dan "APA-Economics"ə verilən məlumata görə, Sabiha Gökçen aeroportundan Bakıya uçmalı olan sərnişinlər İstanbulun yeni hava limanına avtobuslar vasitəsilə çatdırılacaqlar.

Qeyd edək ki, fevralın 5-də İstanbulun Sabiha Gökçen hava limanında İzmir-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində qəza baş verib. Nəticədə 3 nəfər ölüb, 179 nəfər xəsarət alıb.

 





06.02.2020    çap et  çap et