525.Az

SOCAR və BP Özbəkistanda birgə fəaliyyətə başlaya bilər


 

SOCAR və BP Özbəkistanda birgə fəaliyyətə başlaya bilər<b style="color:red"></b>

SOCAR və BP şirkətlərinin rəhbərliyi yerli karbohidrogen yataqlarının işlənməsi çərçivəsində Hasilatın Pay Bölgüsü Sazişinin (PSA) əsas şərtlərini müzakirə etmək məqsədilə bu ay Özbəkistana səfər edəcək.

"APA-Economics"in Özbəkistanın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, təbii qaz ehtiyatlarının işlənməsi üçün xarici sərmayə cəlb etməkdə maraqlı olan Özbəkistan Üstyurd bölgəsinin qərb hissəsindəki üç blok üzrə iki şirkətlə danışıqlar aparır (SOCAR və BP – red.).

Qeyd edək ki, bu əməkdaşlıq çərçivəsində 2018-ci ilin may ayında Anlaşma Memorandumu və 2019-cu ilin mayında Üstyurd bölgəsindəki üç investisiya blokunda kəşfiyyat potensialının qiymətləndirilməsi üçün ortaq tədqiqatlar haqqında saziş imzalanıb. Ötən müddət ərzində Özbəkistanın Energetika Nazirliyi, "Özbəkneftqaz" ASC, BP və SOCAR mütəxəssislərinin iştirakı ilə bir sıra işgüzar görüşlər keçirilib və bir neçə mərhələli razılaşma əldə olunub.

 





06.02.2020    çap et  çap et