525.Az

Yaponiya Nazirlər Kabineti “Super şəhər” barədə qanun layihəsini təsdiq edib


 

Yaponiya Nazirlər Kabineti “Super şəhər” barədə qanun layihəsini təsdiq edib<b style="color:red"></b>

Yaponiya Nazirlər Kabineti müasir şəhər texnologiyalarının sınaqlarının aparılması məqsədilə “Super şəhər” barədə qanun layihəsini təsdiq edib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, hökumət bu qanun layihəsinin yaxın aylarda qəbuluna nail olmaq niyyətindədir.

Bildirilir ki, belə “Super şəhər”in yaradılması “dördüncü sənaye inqilabı” adlandırılan innovasiyaların inkişafı üçün açar rolunu oynayacaq. Həmin strategiyanın kökündə isə süni intellekt texnologiyaları dayanır.

Yeni qanun layihəsinə əsasən, yerli hakimiyyət orqanları yeni texnologiyaların sınaqlarını məhdudlaşdırmaq istədikdə, mərkəzi hökumət təklif edilən dəyişiklikləri öyrənməli və onun nəticələrini ictimailəşdirməlidir.

 





06.02.2020    çap et  çap et