525.Az

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşının məqaləsi beynəlxalq jurnalda dərc olunub


 

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşının məqaləsi beynəlxalq jurnalda dərc olunub<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Günay İskəndərlinin “Hotspot informasiyadan istifadə etməklə e-dövlətdə vətəndaş məmnuniyyətinin qiymətləndirilməsi” (“Using Hotspot Information to Evaluate Citizen Satisfaction in E-Government”) sərlövhəli məqaləsi “International Journal of Public Administration in the Digital Age” jurnalında dərc olunub. İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə e-dövlətdə olan xidmətlərdən vətəndaşların məmnunluq dərəcəsini müəyyənləşdirmək, onların arasından hotspotları təyin etmək və regionların maraq dairələrini avtomatik aşkarlamaq məqsədilə metod təklif olunub. Həmin metod vasitəsilə e-xidmətlərin və istifadəçilərin məmnunluq reytinqləri müəyyənləşdirilib. Xidmətlərə olan müraciət sayı və məmnunluq balı əsasında ölkə ərazisində hansı regionun razı və ya narazı olduğu təyin edilib, regionların xidmətlər haqqında məmnunluğunun ümumi mənzərəsi təsvir edilib.

Qeyd edək ki, dünyanın nüfuzlu nəşriyyatlarından olan “IGI Global” nəşriyyat evi tərəfindən dərc olunan jurnal “Web of Science” bazasında indeksləşir.

 





06.02.2020    çap et  çap et