525.Az

Nazir müavini: "Məktəbli formaları ilə bağlı daxil olan təklifləri təhlil edirik"


 

Nazir müavini: "Məktəbli formaları ilə bağlı daxil olan təklifləri təhlil edirik"<b style="color:red"></b>

"Müzakirəyə çıxardığımız məktəbli formaları ictimaiyyət tərəfindən çox geniş müzakirəyə əsas verib".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

O qeyd edib ki, çünki bu, 1 milyon 600 min şagirdin və onların valideynlərinin maraq dairəsini əhatə edir: "Hazırda bizə qəbul olan təklifləri təhlil edirik. İctimaiyyətdən gələn maraqlı, səmərəli təkliflər eskizlərin təsdiq olunması üçün bizim tərəfimizdən ümumi eskiz nümunələrinə əlavə olunacaq".

 





06.02.2020    çap et  çap et