525.Az

Magistraturaya sənəd verən bakalavrların sayı açıqlanıb


 

Magistraturaya sənəd verən bakalavrların sayı açıqlanıb<b style="color:red"></b>

Fevralın 7-si saat 10.00-a olan məlumata əsasən, magistraturaya sənəd verən 4165 bakalavr ərizəsini təsdiq edib. Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, onlardan 3768-i Azərbaycan, 397-si rus bölməsi üzrədir.

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2020-ci il  fevralın 13-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə etməlidir.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 13 fevral saat 23.59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurub təsdiq etməlidir.

İmtahan 2020-ci il fevralın 23-də keçiriləcək və bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviy¬yəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.

Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.

 





07.02.2020    çap et  çap et