525.Az

Dövlət qulluğu üzrə müsahibə uğur qazanmış 178 namizəd müxtəlif vəzifələrə uyğun bilinib


 

Dövlət qulluğu üzrə müsahibə uğur qazanmış 178 namizəd müxtəlif vəzifələrə uyğun bilinib<b style="color:red"></b>

Ümumilikdə 41 dövlət orqanında 457 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il avqustun 2-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

AZƏRTAC DİM-in fevralın 7-si saat 12:45-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 178 nəfər uğur qazanıb. Onlardan 63-ü Təhsil Nazirliyində, 24-ü Dövlət Statistika Komitəsində, 23-ü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, 13-ü Əmlak Məsələləri Dövlət Komitəsində, 9-u Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində, 7-si Gənclər və İdman Nazirliyində, yerdə qalan 39 nəfər isə digər qurumlarda müxtəlif vəzifələrə uyğun bilinib.

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 1705 nəfər sənəd verib. Müsahibə 2020-ci il fevralın 14-də başa çatacaq.

 





07.02.2020    çap et  çap et