525.Az

Rusiyadan Azərbaycan istiqamətindəki avtomobil yolu bağlanıb


 

Rusiyadan Azərbaycan istiqamətindəki avtomobil yolu bağlanıb<b style="color:red"></b>

Rusiyadan Azərbaycan və Gürcüstan istiqamətindəki Hərbi Gürcüstan avtomobil yolu bütün nəqliyyat vasitələri üçün bağlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimali Osetiya-Alaniya Respublikası üzrə Baş İdarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, avtomobil yolunun Vladiqafqaz şəhəri və Lars yaşayış məntəqəsindən Rusiya sərhədinə kimi olan hissəsi fevralın 7-si səhər saatlarından bütün nəqliyyat vasitələri üçün bağlıdır. Bu, Gürcüstanda hava şəraitinin pisləşməsi ilə əlaqədardır.

Baş İdarə əhaliyə göstərilən istiqamətdə nəqliyyat vasitələri ilə hərəkət etməməyi tövsiyə edib.

 





07.02.2020    çap et  çap et