525.Az

Ankarada “Abay ili”nin açılışı olacaq


 

Ankarada “Abay ili”nin açılışı olacaq<b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə Ankarada “Abay ili”nin açılışı münasibətilə konsert keçiriləcək.

AZƏRTAC xəbər verir ki, fevralın 9-da “TRT Arı” studiyasında planlaşdırılan konsert Türkiyə Prezident Administrasiyasının simfonik orkestrinin müşayiəti ilə reallaşacaq. Konsertin ifa heyətində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Qaqauz Yerini (Moldova) təmsil edən görkəmli sənətçilər təmsil olunurlar.

Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı 2020-ci ili türkdilli dövlətlərdə “Abay ili” elan edib. Bu qərar əsasında cari ildə TÜRKSOY-a üzv ölkələrdə böyük qazax mütəfəkkiri Abay Kunanbayevin həyat və fəaliyyəti ilə bağlı silsilə tədbirlər keçiriləcək.

 





07.02.2020    çap et  çap et