525.Az

Maştağa xəstəxanasından qaçan 4 cinayətkar tutulub


 

Maştağa xəstəxanasından qaçan 4 cinayətkar tutulub<b style="color:red"></b> Bir neçə gün əvvəl Bakı şəhərinin Maştağa qəsəbəsi ərazisində yerləşən 1 saylı psixiatriya xəstəxanasından qaçan 4 nəfər tutulub.
 
Lent.az-ın məlumatına görə, bu barədə vesti.az saytı Sabunçu rayon Polis İdarəsinə istinadən məlumat yayıb. Bildirilir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinən 4 nəfər elə Sabunçu rayonu ərazisindəcə yaxalanıblar.
 
Qeyd edək ki,  noyabrın 15-də saat 06.15 radələrində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev və Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları - polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıblar.
 
 





19.11.2013    çap et  çap et