525.Az

Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş simpoziumun materialları çapdan çıxıb


 

Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş simpoziumun materialları çapdan çıxıb<b style="color:red"></b>

Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinə həsr edilmiş beynəlxalq simpoziumun materialları çap olunub.

Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirilib ki, topluda Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Cabbarovun “Erməni yazıçısı Aleksandr Şirvanzadə Ə.Ağaoğlunun Bakıda 1905-ci il fevral qırğını ərəfəsində fəaliyyəti haqqında”, müəssisənin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhman Kərimovun “Teymur bəy Bayraməlibəyovun məqalələrində qadın təhsili mövzusu” və böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadovun “Əhməd bəy Ağaoğlu: dini islahatçılıq nümunəsi” adlı məruzələri də dərc olunub.

Qeyd edək ki, simpoziumun materiallarında Azərbaycan, Türkiyə, Rusiya, İran və Hollandiya alimlərinin 30-dan artıq elmi məruzəsi yer alıb.

 





07.02.2020    çap et  çap et