525.Az

Anna Kurtakova: Parlament seçkiləri Azərbaycanda aparılan islahatların tərkib hissəsidir


 

Anna Kurtakova: Parlament seçkiləri Azərbaycanda aparılan islahatların tərkib hissəsidir<b style="color:red"></b>

Azərbaycan hüquqi dövlətdir və qanunun aliliyi əsas prinsip kimi götürülür.

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkiləri ölkənin inkişafına töhfə verəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında hüquq üzrə fəlsəfə doktoru Anna Kurtakova söyləyib.

Parlament seçkilərini Azərbaycanda aparılan islahatların tərkib hissəsi olduğunu deyən A.Kurtakova bildirib ki, Prezident İlham Əliyevin apardığı islahatlar nəticəsində ölkədə iqtisadi, siyasi dəyişikliklərə nail olunub. Bu isə ümumilikdə Azərbaycanın inkişafına xidmət edir.

“Deputatlığa namizədlər arasında kifayət qədər gənc var. Bundan başqa, qadın namizədlər də çoxluq təşkil edir. Bütün bunlar seçkilərin demokratikliyinə olan inamın nəticəsidir”, - deyə o əlavə edib.

 





07.02.2020    çap et  çap et