525.Az

MSK ikili vətəndaşlığı olan şəxsin deputatlığa namizədliyini ləğv edib


 

MSK ikili vətəndaşlığı olan şəxsin deputatlığa namizədliyini ləğv edib<b style="color:red"></b>

Mərkəzi Seçki Komissiyası ikili vətəndaşlığı olan şəxsin deputatlığa namizədliyini ləğv edib.

Secki-2020.az saytının xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 7-də keçirilən iclasında 86 saylı İsmayıllı dairə seçki komissiyasının sədrinin həmin dairədən namizədliyi qeydə alınan Şahəvələdov Məzahir Səfər oğlu ilə bağlı şikayətinə baxılıb.

MSK Katibi Arifə Muxtarova bildirib ki, həmin dairənin sədri tərəfindən Şahəvələdov Məzahir Səfər oğlunun ikili vətəndaşlığının olması ilə bağlı MSK-ya müraciət edilib. O, məsələ ilə bağlı araşdırmalar aparıldığını və həmin namizədin həqiqətən də ikili vətəndaşlığının olduğunun müəyyənləşdiyini bildirib.

İclasda 86 saylı İsmayıllı seçki dairəsində namizədliyi qeydə alınan Şahəvələdov Məzahir Səfər oğlunun namizədliyinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

 

 





07.02.2020    çap et  çap et