525.Az

“Dairədə qanun pozuntuları ilə bağlı birinci MSK-ya müraciət etmək lazımdır”


 

“Dairədə qanun pozuntuları ilə bağlı birinci MSK-ya müraciət etmək lazımdır”<b style="color:red"></b>

“Dairədə olan qanun pozuntuları ilə bağlı birinci Mərkəzi Seçki Komissiyasına müraciət etmək laızmdır, məhkəməyə yox”.

APA-nın məlumatına görə, bunu MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

 SK sədri bildirib ki, 22 saylı Nəsimi seçki dairəsindən namizədliyi qeydə alınmış  şəxs müşahidəçi vəsiqələrini Dairə Seçki Komissiyasına versə də, bunun qəbul edilmədiyini iddia edib və bununla bağlı məhkəməyə müraciət edib. 

MSK sədri bildirib ki, belə görünür ki, həmin namizəd məhkəmə həvəskarıdır: “ Belə olan halda, həmin şəxsə zorla vəsiqələri vermək lazımdır. Onun deyəsən, başqa məqsədləri var. Adını hansısa hesabatlara saldırmaq niyyəti daşıyır. O hansısa statistik göstəricilərə xidmət edir”.

Qeyd edək ki,  iclasda hansı namizəddən söhbət getdiyi barədə məlumat verilməyib.

 





07.02.2020    çap et  çap et