9 fevral 2020-ci il tarixdə Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar Naxçıvan Muxtar Respublikanın seçki dairələrində və məntəqələrində kompüter şəbəkələri qurulub və müşahidə kameraları quraşdırılıb.
Secki-2020.az saytının xəbərinə görə, Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyinin yaydığı məlumatda bildirilir ki, seçki günü muxtar respublikada seçki məntəqələrində proseslərin canlı izlənməsi üçün 7 seçki dairəsi üzrə 35 müşahidə kamerası quraşdırılıb və 292 seçki məntəqəsi telefonlaşdırılıb.
Müşahidə kameraları vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün kameraların quraşdırılması, tənzimlənməsi və digər texniki parametrlərin daha da təkmilləşdirilməsi mütəmadi qaydada diqqət mərkəzində saxlanılır.
çap et