525.Az

Putin və Ərdoğan Sankt-Peterburqda görüşəcəklər


 

Putin və Ərdoğan Sankt-Peterburqda görüşəcəklər<b style="color:red"></b>

 Noyabrın 21-22-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya rəsmi səfəri çərçivəsində Sankt-Peterburq şəhərində Rusiya-Türkiyə yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclası keçiriləcək.

 APA-nın Rusiya prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, V. Putin və R. T. Ərdoğan nazirlərin və dövlət idarələri rəhbərlərinin müxtəlif sahələr üzrə məruzələrini dinləyəcəklər. Əsas müzakirə mövzusu ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlıq və enerji sahəsində həyata keçirilən birgə strateji layihələrin icrası olacaq.
 
Toplantının yekununda bir sıra sənədlər imzalanacaq.
 
Sankt-Peterburqda V. Putin və R. T. Ərdoğan arasında ikitərəfli görüş də nəzərdə tutulub.

 





19.11.2013    çap et  çap et