525.Az

Azərbaycanın Xalq artisti Tofiq Şahverdiyev “Qızıl göz” mükafatına layiq görülüb


 

Azərbaycanın Xalq artisti Tofiq Şahverdiyev “Qızıl göz” mükafatına layiq görülüb<b style="color:red"></b>

Həmvətənimiz, rusiyalı kinorejissor, ssenarist və fotorəssam, Azərbaycanın Xalq artisti, Rusiya Federasiyasının Əməkdar İncəsənət xadimi Tofiq Şahverdiyev Peşəkar Fotoqraflar Beynəlxalq Gildiyasının “Qızıl göz” mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, Rusiya Jurnalistlər İttifaqında Mətbuat balı təşkil edilib. Tədbirdə peşə mükafatlarının təqdimetmə mərasimi keçirilib. Həmvətənimiz, tanınmış kinorejissor, ssenarist və fotorəssam, Azərbaycanın Xalq artisti, Rusiyanın Əməkdar İncəsənət xadimi Tofiq Şahverdiyevə Peşəkar Fotoqraflar Beynəlxalq Gildiyasının “Qızıl göz” mükafatı təqdim edilib.
Ümumdünya Rus Mətbuatı Assosiasiyasının prezidenti Vitali İqnatenko, Rusiya televiziyasının veteranı Aleksandr Tixomirov, “Moskovski komsomolets” nəşrinin baş redaktoru Pavel Qusev “Rusiya jurnalistikasının əfsanələri” adlandırılıblar.

 





07.02.2020    çap et  çap et