525.Az

Azərbaycanda icbari həyat sığortası üzrə yığımlar 36% artıb


 

Azərbaycanda icbari həyat sığortası üzrə yığımlar 36% artıb<b style="color:red"></b>

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 2019-cu il ərzində 48,113 mln. manat həcmində sığorta haqqı yığılıb.

“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına(AMB) istinadən verdiyi xəbərə görə, hesabat ilində şirkətlər bu sığorta növü üzrə cəmi 3,101 mln. manat həcmində ödəniş həyata keçiriblər.

AMB-nin açıqladığı hesabata əsasən, icbari həyat sığortası üzrə yığımlar 2018-ci il ilə  müqayisədə 36% artıb. Bu müddətdə ödənişlərin həcmində isə əksinə 1,1% azalma qeydə alınıb.

Xatırladaq ki, sığorta şirkətləri tərəfindən bütün sığorta növləri üzrə cəmi 681,177 mln. manat həcmində sığorta haqqı toplanıb, 301,537 mln. manat isə ödəniş həyata keçirilib.

 





08.02.2020    çap et  çap et