525.Az

Sabah Bakıda sulu qar, qar yağacaq


 

Sabah Bakıda sulu qar, qar yağacaq<b style="color:red"></b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevralın 9-da gözlənilən hava şəraiti haqqında məlumat açıqlayıb.

Nazirlikdən APA-ya bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 0-3° isti, axşam 1° şaxta, Bakıda gecə və gündüz 0-2° isti, axşam 1° şaxta olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək

Nisbi rütubət gecə və gündüz 75-85% olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Ayrı-ayrı yerlərdə duman olacaq. Bəzi yerlərdə güclü Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.

 





08.02.2020    çap et  çap et