525.Az

Azərbaycanda ən yaşlı seçicinin 126 yaşı var


 

Azərbaycanda ən yaşlı seçicinin 126 yaşı var<b style="color:red"></b>

Azərbaycanda növbədənkənar parlament seçkilərində 6189 nəfər ilk dəfə səs verəcək.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında bildirib.

MSK sədri deyib ki, ən yaşlı seçicinin 126 yaşı var. Onun adı Allahverdiyeva Səmərqənddir. Ən yaşlı kişi seçici isə Əhmədov Şahverdidir. Onun 108 yaşı var.

99 nəfərin 18 yaşı səsvermə günü tamam olacaq.

 

 





08.02.2020    çap et  çap et