525.Az

Həştərxanda “Xəzər mükafatı – 2020” Gənclər Festivalı keçiriləcək


 

Həştərxanda “Xəzər mükafatı – 2020” Gənclər Festivalı keçiriləcək<b style="color:red"></b>

Fevralın 14-də Həştərxan Dövlət Filarmoniyasında “Xəzər mükafatı - 2020” Gənclər Festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, layihənin təşkilatçısı “LUkoyl-Nijnevoljskneft” MMC-nin və “Qorod Astraxan” bələdiyyə qurumu administrasiyasının dəstəyi ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Həştərxan regional bölməsidir.

Layihənin məqsədi yaradıcı şəxslər arasından ən istedadlılarını və kreativ olanları seçməkdir. Birinci festival Həştərxanda 2012-ci ildə keçirilib və 15 nominasiyada yarışan yüzədək iştirakçını bir yerə toplayıb. Bu il 500-dən çox adam müraciət edib, nominasiyaların sayı isə 40-dan çoxdur.

“Xəzər mükafatı – 2020” Gənclər Festivalında Rusiyanın 16 regionunun və 9 ölkənin, o cümlədən Azərbaycanın nümayəndələri iştirak edəcəklər. Gözlənildiyinə görə, mükafatlandırma mərasimində Rusiya regionlarından və yaxın xarici ölkələrdən artistlər çıxış edəcəklər.
Festivalın təşkilatçısı, RAGB-nin Həştərxan regional bölməsinin sədri Elvin Hüseynovun sözlərinə görə, Rusiya Federasiyasının subyektlərindən, xarici ölkələrdən, o cümlədən Xəzəryanı ölkələrdən nominantlar festivala qatılacaqlarını artıq təsdiq ediblər.

Səsvermə fevralın 13-də başa çatacaq. Yekun nəticələr fevralın 14-də Həştərxan Dövlət Filarmoniyasında keçiriləcək qala-konsertdə açıqlanacaq.

 





08.02.2020    çap et  çap et