525.Az

11, 30 və 40 nömrəli marşrut xətləri üzrə sərnişindaşımanı “BakuBus” həyata keçirəcək


 

11, 30 və 40 nömrəli marşrut xətləri üzrə sərnişindaşımanı “BakuBus” həyata keçirəcək<b style="color:red"></b>

Ötən ilin dekabrında 11, 30, 40, 71 və 199 nömrəli müntəzəm marşrutlar xətləri üzrə elan olunan müsabiqə yekunlaşıb.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, nəticələrə əsasən 11, 30 və 40 nömrəli müntəzəm marşrut xətləri üzrə “BakuBus” MMC qalib elan olunub. Qeyd edilən marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyətinin “BakuBus” MMC tərəfindən həyata keçirilməsi mərhələli şəkildə təmin ediləcək. Bununla bağlı əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.
71 və 199 nömrəli marşrut xətləri üzrə isə daşımalar növbəti müsabiqələr keçirilənədək müvəqqəti olaraq əvvəlki daşıyıcılar tərəfindən icra olunacaq.

Həmçinin sərnişindaşımada nəqliyyat xidmətləri üzrə keyfiyyət və təhlükəsizliyin artırılması məqsədilə 12, 24, 32, 35, 67, 93 və 211 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb. Daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb.

Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.

 





08.02.2020    çap et  çap et