525.Az

İranlı nazir BMT təmsilçisi ilə Suriyadakı vəziyyəti müzakirə etdi


 

İranlı nazir BMT təmsilçisi ilə Suriyadakı vəziyyəti müzakirə etdi<b style="color:red"></b>

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif BMT Baş katibinin xüsusi elçisi Qeyr Pedersen ilə İdlibdə vəziyyətin gərginləşməsi fonunda Suriyadakı vəziyyəti müzakirə edib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

İran XİN-in açıqlamasında deyilir ki, M.C.Zərif Q.Pedersenə Suriya böhranının həllinin yeganə yolunun siyasi yol olduğunu söyləyib.

“İran Suriyanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə riayət edilməklə bu məsələdə əməkdaşlıq etməyə hazırdır”, - XİN başçısı deyib.

Q.Pedersen iranlı nazirə Suriya böhranının siyasi həllinin gedişindən danışıb.

 





08.02.2020    çap et  çap et