525.Az

Hakkı Kəskin: "Parlament seçkilərindən sonra Azərbaycanın demokratik inkişafı daha da möhkəmlənəcək"


 

Hakkı Kəskin: "Parlament seçkilərindən sonra Azərbaycanın demokratik inkişafı daha da möhkəmlənəcək"<b style="color:red"></b>

“Azərbaycan önəmli siyasi hadisə ərəfəsindədir. Parlament seçkiləri yeniləşməyə, inkişafa istiqamətlənmiş mühüm addım hesab olunur”.

Bu fikirləri secki-2020.az saytına açıqlamasında AŞPA-nın və Almaniya bundestaqının sabiq üzvü Hakkı Kəskin bildirib.

O qeyd edib ki, Azərbaycan hazırda önəmli siyasi hadisə ərəfəsindədir: “ Azərbaycan demokratik inkişaf yolunda olan ölkədir. İnanıram ki, parlament seçkilərindən sonra Azərbaycanın demokratik inkişafı daha da möhkəmlənəcək”.

Azərbaycana qarşı hər zaman ikilistandartların olduğunu deyən Hakkı Kəskin deyib: “Avropa siyasətçisi olaraq bildirirəm ki, ölkəniz Ermənistanın təcavüzünə məruz qalıb. Azərbaycan demokratiya yolunda mühüm addımlar atır, lakin ermənilərə daha isti münasibət göstərilir. Çünki erməni lobbisinin Avropanın bir sıra siyasətçilərinə təsiri hələ də güclüdür”.

 





08.02.2020    çap et  çap et