525.Az

BƏƏ-də koronavirusa yoluxanların sayı yeddiyə çatıb


 

BƏƏ-də koronavirusa yoluxanların sayı yeddiyə çatıb<b style="color:red"></b>

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) daha iki koronavirusa yoluxma qeydə alınıb və beləliklə, Əmirliklərdə bu virusun daşıyıcılarının sayı yeddiyə çatıb.

AZƏRTAC “Emirates” informasiya agentliyinə istinadla xəbər verir ki, BƏƏ-nin Səhiyyə və Profilaktika Nazirliyi bununla bağlı fevralın 8-də məlumat yayıb.

Qeyd olunub ki, koronavirusa yoluxan insanlar Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olaraq ölkəyə gələn şəxslərin müayinədən keçirilməsi zamanı aşkar ediliblər. Nazirlik bildirib ki, Çin və Filippin vətəndaşları olan xəstələr hazırda xüsusi palatada nəzarət altındadır və onlara lazımi tibbi yardım göstərilir.

BƏƏ-nin Səhiyyə və Profilaktika Nazirliyi ölkədəki bütün səhiyyə müəssisələrinə müraciət edərək şübhəli hallar barədə məlumat verməyi xahiş edib. Bundan başqa, əhalinin bütün ehtiyat və profilaktik tədbirlər görməsi, Əmirliklərin vətəndaşlarının sağlamlığını qorumaq üçün təşkilatların koordinasiya şəraitində fəaliyyət göstərməsi tələb olunub.

 

 





08.02.2020    çap et  çap et