525.Az

TÜRKPA-nın müşahidə missiyası Bakıdadır


 

TÜRKPA-nın müşahidə missiyası Bakıdadır<b style="color:red"></b>

TÜRKPA beynəlxalq müşahidəçilər missiyası 9 fevral Milli Məclisə seçkilərin qısamüddətli müşahidəsini həyata keçirmək məqsədilə Bakıya gəlib.

TÜRKPA-dan AZƏRTAC-a bildirilib ki, missiyaya qurumun Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri İsmet Uçma rəhbərlik edir. Missiyanın tərkibində deputatlar Berik Ospanov (Qazaxıstan), Dinar Nuketayeva (Qazaxıstan), Ziyadin Jamaldinov (Qırğızıstan), Baxadır Suleymanov (Qırğızıstan), Almazbek Baatırbekov (Qırğızıstan), Yaşar Karadağ (Türkiyə), eləcə də TÜRKPA Katibliyinin diplomatik qrupu yer alıb.

Missiya fevralın 8-də TÜRKPA Katibliyində iclas keçirib və müşahidə proqramının əsas istiqamətləri üzrə fikir mübadiləsi aparıb.
Sonra müşahidəçilər Azərbaycan Xarici işlər nazirinin müavini Ramiz Həsənov ilə görüşüblər. Nazir müavini seçki prosesi zamanı demokratik dəyərlərə hörmət və şəffaflığın təmin olunması baxımından TÜRKPA-nın seçki müşahidəsinin önəmini qeyd edib.

Missiya rəhbəri İ.Uçma seçkiqabağı müddətdə sakit və dinc şəraiti vurğulayaraq seçkilərin ədalətli, sərbəst və şəffaf keçəcəyindən əminliyini ifadə edib.

Səsvermə günü missiya Bakıda, eləcə də Şamaxıda və Qobustanda seçkiləri müşahidə edəcək.

Missiya fevralın 10-da mətbuat konfransı keçirərək müşahidənin nəticələrinə dair bəyanatını təqdim edəcək.

 





08.02.2020    çap et  çap et