525.Az

Rusiya nümayəndə heyətinin İdliblə bağlı Ankarada görüşü gələn həftə də davam edəcək


 

Rusiya nümayəndə heyətinin İdliblə bağlı Ankarada görüşü gələn həftə də davam edəcək<b style="color:red"></b>

Ankarada olan Rusiya nümayəndə heyətinin İdliblə bağlı Türkiyə tərəfi ilə görüşü başa çatıb.

APA-nın yerli bürosunun Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, 3 saat davam edən heyətlərarası görüşdə İdlibdəki vəziyyət, regionda sabitliyin təmin olunması və siyasi prosesin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Türkiyənin Xarici işlər nazirinin müavini Sədat Önalın rəhbərliyi ilə aparılan danışıqlarda Türkiyənin Müdafiə Nazirliyinin, Baş Qərargahın və Milli Təhlükəsizlik İdarəsinin yüksək çinli rəsmiləri iştirak edib. Rusiya tərəfindən isə görüşə Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Sergey Verşinin və Rusiya Prezidentinin Suriya üzrə xüsusi təmsilçisi, səfir Aleksandr Lavrentyevin rəhbərliyi altında hərbi və milli təhlükəsizlik üzrə nümayəndələr qatılıb.

Nazirlikdən bildirilib ki, Rusiya tərəfi ilə görüş gələn həftə də davam edəcək.

Qeyd edək ki, fevralın 3-də Türkiyə Silahlı Qüvvələrinin İdlibdə olan müşahidə nöqtələrinə açılan atəş nəticəsində Türkiyə ordusunun 8 hərbiçisi şəhid olub.

Rusiyalı və Türkiyəli diplomatların birgə müzakirələrindən sonra Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin bu məsələ ilə əlaqədar yenidən görüşəcəyi gözlənilir.

 





08.02.2020    çap et  çap et