525.Az

Aqrar Sığorta Fondunun rəhbərliyi formalaşdırılıb


 

Aqrar Sığorta Fondunun rəhbərliyi formalaşdırılıb<b style="color:red"></b>

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun İdarə Heyəti (İH) formalaşdırılıb.

"Report" xəbər verir ki, Fuad Sadıqov İH-nin sədri, Firdovsi Ağaşirinov isə İH-nin sədr müavini təyin olunub.

F.Sadıqov vaxtilə ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Sığorta bazarına nəzarət departamentinin direktoru olub, son vaxtlar isə nazirliyə məxsus "Aqrolizinq" ASC-nin İH-nin sədr müavini çalışıb. F.Ağaşirinov isə bundan əvvəl Palatanın adıçəkilən departamentinin Qeyri-həyat infrastrukturuna nəzarət idarəsinə rəhbərlik edib.

 





08.02.2020    çap et  çap et