525.Az

Türkiyə MSK sədri: "Azərbaycanda seçki prosesində heç bir maneçilik yoxdur"


 

Türkiyə MSK sədri: "Azərbaycanda seçki prosesində heç bir maneçilik yoxdur"<b style="color:red"></b>

Bir neçə gündür ki, Azərbaycandayıq. Həm seçkiyə hazırlıq prosesini, həm də bu gün keçirilən parlament seçkilərini izləyirik. Bu gün bir neçə məntəqədə müşahidə apardıq.

Secki-2020.az saytının xəbərinə görə, bunu parlament seçkilərində müşahidəçilik aparan Türkiyənin Mərkəzi Seçki Komissiyasının (Yüksek Seçim Kurulu) rəhbəri Müharrem Akkaya deyib.

Onun sözlərinə görə, hazırda rəhbərlik etdiyi nümayəndə heyəti seçki məntəqələrində müşahidələrini davam etdirir:

"Seçki prosesi də, səsvermə də tam normaldır. Bütün lazımi şərait yaradılıb. İlk dəfədir ki, Azərbaycanda seçki prosesini izləyirəm. Seçki prosesində heç bir maneçilik yoxdur. Havaların soyuq olmasına baxmayaraq seçici fəallığı da müşahidə edirik. Azərbaycan qardaş ölkədir, biz bu ölkədə özümüzü yad hesab etmirik. Bütün məntəqələrdə müşahidələrimizi davam etdiririk. Məntəqələrdə kameralar quraşdırılıb və kiminsə prosesə mane olmaq imkanı yoxdur".

 

 





09.02.2020    çap et  çap et