525.Az

Beynəlxalq müşahidəçi: "Hər hansı pozuntuya rast gəlməmişik"


 

Beynəlxalq müşahidəçi: "Hər hansı pozuntuya rast gəlməmişik"<b style="color:red"></b>

MDB müşahidə missiyasının Qazaxıstandan olan 3 müşahidəçisi 21 saylı Nəsimi I Seçki Dairəsinin bir neçə məntəqəsində səsvermə prosesini izləyib.

MDB müşahidə missiyasının Qazaxıstandan olan müşahidəçisi Ulan Sarkulov APA-ya bildirib ki, dairə üzrə 7 məntəqədə seçki prosesini müşahidə ediblər.

“İndiyə qədər hər hansı bir pozuntuya rast gəlməmişik. İnsanların müstəqil şəkildə səs verməsi ilə bağlı bütün şərait yaradılıb”, - deyə o vurğulayıb.

 





09.02.2020    çap et  çap et