525.Az

Slovakiyalı deputat: "İnsanların narazı olduğunu görmədim"


 

Slovakiyalı deputat: "İnsanların narazı olduğunu görmədim"<b style="color:red"></b>

Slovakiya Dumasının deputatı, Azərbaycan-Slovakiya Dostluq Qrupunun sədri Peter Marcek 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 22 saylı seçki məntəqəsində seçkiləri müşahidə edib.

Peter Marcek APA-ya açıqlamasında bildirib ki, bu gün 7 məntəqədə seçkiləri izləyib: "Bir neçə rayonda məntəqələrdə oldum, seçkinin gedişini izlədim. Seçkilər demokratik səviyyədə keçirilir, heç bir pozuntuya rast gəlmədim".

Marcek Azərbaycanda 8-ci dəfə olduğunu və ölkənin çox müasirləşdiyini qeyd edib: "Azərbaycan Prezidenti tərəfindən ciddi islahatlar aparılır. Seçkilərdə insanlar istədikləri namizədlərə səs verirlər. Seçkilər sakit formada keçir və insanların narazı olduğunu görmədim".

 





09.02.2020    çap et  çap et