525.Az

12:00-a olan aktiv və passiv seçki dairələri


 

12:00-a olan aktiv və passiv seçki dairələri<b style="color:red"></b> Milli Məclisə seçkilərdə saat 12:00-a olan aktiv və passiv seçki dairələri açıqlanıb.

Secki-2020.az saytı xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib. Onun sözlərinə görə, ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Bu dairədə 47.7 faiz (46 min 225 seçicidən 18 440 nəfər) seçici fəallığı qeydə alınıb. Hələlik ən passiv dairə 29 saylı Səbail seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 10,2 % (38 min 858 seçicidən 4162 nəfər) təşkil edib.
 





09.02.2020    çap et  çap et