525.Az

Britaniya səfirinin müavini: “Seçkilər azad və uğurlu ölkə üçün çox vacibdir”


 

Britaniya səfirinin müavini: “Seçkilər azad və uğurlu ölkə üçün çox vacibdir”<b style="color:red"></b>

“Böyük Britaniya səfirliyinin nümayəndələri bu gün Azərbaycanda keçirilən parlament seçkilərində rəsmi müşahidəçi qismində bir sıra seçki məntəqələrinə baş çəkirlər”.
 
Secki-2020.az saytı xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbərinin müavini Filip Barklay deyib.

“Seçkilər azad və uğurlu ölkə üçün çox vacibdir. Bütün seçkilər şəffaf, əhatəli olmalıdır və namizədlərə post uğrunda mübarizə aparmaq üçün ədalətli fürsətlər təmin etməlidir. Bu gün məntəqlərdə gördüklərimizi şərh etməyəcəyik, çünki ATƏT missiyasının hesabatı bu seçkilərin ən vacib və ciddi təhlili olacaq”, - o bildirib.

 





09.02.2020    çap et  çap et