525.Az

Xəzərin hüquqi statusu ilə bağlı növbəti görüş Qazaxıstanda keçiriləcək


 

Xəzərin hüquqi statusu ilə bağlı növbəti görüş Qazaxıstanda keçiriləcək<b style="color:red"></b>

Yaxın zamanlarda Xəzər dənizinin hüquqi statusu ilə bağlı növbəti görüş Qazaxıstanda keçiriləcək.

Bu barədə APA-ya Xarici İşlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanla Türkmənistan arasında Xəzərdə sektorların razılaşdırılması ilə bağlı təmaslar kəsilməyib, bu, mütəmadi xarakter daşıyır.

“Bu, Azərbaycan-Türkmənistan münasibətlərində aktual məsələlərdən biri kimi qalmaqdadır. Bu məsələ üzərində iş gedir, müzakirələri davam etdiririk. Həmin görüşdə Türkmənistan nümayəndəsi də iştirak edəcək”, - deyə naziri müavini qeyd edib.

 





09.02.2020    çap et  çap et