525.Az

"Parlament seçkiləri yüksək səviyyədə təşkil olunub" - Fuvad Zovfik


 

"Parlament seçkiləri yüksək səviyyədə təşkil olunub" - Fuvad Zovfik<b style="color:red"></b>

Azərbaycanda parlament seçkiləri prosesi yüksək səviyyədə təşkil olunub.

Secki-2020.az saytının xəbərinə görə, bunu Maldiv adalarından müşahidəçilər heyətinin üzvü Fuvad Zovfik deyib.

Onun sözlərinə görə, Maldiv adalarından iki müşahidəçidən ibarət nümayəndə heyəti Azərbaycan Mərkəzi Seçki Komissiyasının dəvəti ilə gəlib: “Bizi yaxşı qarşıladılar, dörd seçki məntəqəsində müşahidə üçün imkan yaradılıb”.

F.Zovfik bildirib ki, bütün seçki prosesi çox yaxşı təşkil olunub:

“Mən buradakı təşkilatçılıqdan məmnunam. Qeyd etmək istədiyim əsas amillərdən biri odur ki, səs vermək üçün çoxlu kabinələr var. Bu, növbələrin yaranmasının qarşısını alır və seçicilərə daha çox fikirləşmək imkanı yaradır”.

 





09.02.2020    çap et  çap et