525.Az

Müşahidəçi: "İsraildə olmayan maraqlı məqamları müşahidə etmişəm"


 

Müşahidəçi: "İsraildə olmayan maraqlı məqamları müşahidə etmişəm"<b style="color:red"></b>

Müşahidəçi: "İsraildə olmayan maraqlı məqamları müşahidə etmişəm"

İsrail seçkilərin keçirilməsində Azərbaycanın təcrübəsindən yararlana bilər.

Secki-2020.az saytının xəbərinə görə, bunu israilli müşahidəçi, jurnalist Boris Belodubrovski deyib. O bildirib ki, sakinlər vətəndaşlıq borcunu yerinə yetirmək üçün seçki məntəqələrinə gəlir.

B.Belodubrovskinin sözlərinə görə, üç həftə sonra İsraildə seçkilər olacaq və bununla əlaqədar ölkə seçki prosesində digər dövlətlərin təcrübəsindən yararlana bilər: “Mən burada İsraildə olmayan maraqlı məqamları müşahidə etmişəm. Məsələn, girişdə seçicilərin barmağını xüsusi maye ilə işarələyən şəxs. Bizdə belə bir şey yoxdur”.

O, həmçinin öz müşahidələri barədə danışıb: “Mən seçicilərdən biri ilə danışdım. O, öz vətəndaşlıq borcunu yerinə yetirdiyini dedi və bildirdi ki, ölkədəki vəziyyətə təsir göstərə bilmək üçün bu hüququndan istifadə edir”.

 





09.02.2020    çap et  çap et