525.Az

Sergey Polyakov: "Seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb"


 

Sergey Polyakov: "Seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb"<b style="color:red"></b>

Seçki ilə bağlı müşahidələr aparırıq və müşahidə apardığımız bütün məntəqələrdə hər şey qaydasındadır. Əminliklə deyə bilərəm ki, Naxçıvanda seçkilər Seçki Məcəlləsinə uyğun təşkil olunub.

Secki-2020.az saytının xəbərinə görə, bu sözləri beynəlxalq müşahidəçi Sergey Polyakov bildirib.

Naxçıvanda seçkilərin müəyyən olunmuş saatda başladığını vurğulayan Sergey Polyakov deyib: “Rusiyadan gəlmiş beynəlxalq müşahidəçi kimi deyə bilərəm ki, müşahidə apardığım heç bir məntəqədə qayda pozuntusuna rast gəlmədim. Hər şey qanunauyğun qaydada gedir. Seçicilər sərbəst şəkildə səs verirlər. Naxçıvanda seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün hər cür şərait mövcuddur. Arzu edirəm ki, seçicilər ən layiqli namizədi seçərlər”.

 





09.02.2020    çap et  çap et