525.Az

Meksikanın “Puls News Mexico” qəzeti Azərbaycandakı seçki prosesinin şəffaf və nümunəvi olduğunu yazır


 

Meksikanın “Puls News Mexico” qəzeti Azərbaycandakı seçki prosesinin şəffaf və nümunəvi olduğunu yazır<b style="color:red"></b>

Meksikanın ən çox oxunan ingilisdilli “Puls News Mexico” qəzetində Azərbaycanda keçirilən parlament seçkilərinə həsr olunmuş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, Tereza Marqolisin müəllifi olduğu məqalədə Azərbaycan hökumətinin seçkilərin açıq və şəffaf keçirilməsi üçün həyata keçirdiyi tədbirlərin təqdir edildiyi, dünyanın müxtəlif ölkələrindən yüzlərlə beynəlxalq müşahidəçinin dəvət olunduğu bildirilir. Həmçinin müxtəlif ölkələrdən KİV nümayəndələrinin seçkiləri işıqlandırdığı qeyd olunur. Seçkilərdə müşahidəçi qismində Meksika Deputatlar Palatasının üzvü Aqustin Qarsiya Rubio və Tereza Marqolis də daxil olmaqla iki jurnalistin Meksikanı təmsil etdiyi diqqətə çatdırılır.

Məqalədə, həmçinin Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun seçkilərə hazırlıq prosesi ilə bağlı fikirlərinə istinad edilir.

Seçkilərdə gənc namizədlərin üstünlük təşkil etməsini müsbət hal kimi qeyd edən müəllif Azərbaycanın Şərqdə qadınlara səsvermə hüququ verən və qızlar üçün məktəb açan ilk ölkə olduğunu da vurğulayır.

Diqqətə çatdırılır ki, seçkilərin şəffaflığını təmin etmək məqsədilə məntəqələrin 20 faizində yüksək texnologiyalı veb-kameralar quraşdırılıb və bu da nümunəvi addımdır.

Müəllif Azərbaycan xalqının ölkə rəhbərliyinə dəstək və inamının əsas səbəbini mürəkkəb coğrafi mövqeyə və neftin qiymətinin son illər aşağı düşməsinə baxmayaraq, ölkənin sürətlə inkişaf edən iqtisadiyyatını qoruyub saxlaya bilməsi, sabitliyə nail olunması, əhalinin rifahının ildən-ilə yaxşılaşması, cinayətkarlığın səviyyəsinin dünya üzrə ən aşağı səviyyələrdə olması və terror hallarının yaşanmaması ilə əlaqələndirir.

 





09.02.2020    çap et  çap et