525.Az

120 yaşlı Püstə nənənin evinə daşınan seçki qutusu aparılıb


 

120 yaşlı Püstə nənənin evinə daşınan seçki qutusu aparılıb<b style="color:red"></b>

Ağcabədi rayonunun ən yaşlı seçicisi, Qaravəlli kənd sakini 120 yaşlı Püstə Təhməzova Milli Məclisə keçirilən seçkilərdə səs verib.

Secki-2020.az saytının xəbərinə görə, Püstə Təhməzova səhhəti ilə əlaqədar seçki məntəqəsinə gedə bilmədiyinə görə səsvermədə iştirak etmək üçün evinə daşınan seçki qutusunun gətirilməsini istəyib. Onun ərizəsi əsasında evə səyyar seçki qutusu gətirilib və Püstə Təhməzova istədiyi namizədə səs verib.

Yeddi övladı, 36 nəvəsi, 61 nəticəsi, 8 kötücəsi olan 1900-cü il təvəllüdlü Püstə Təhməzova deyib: “Sovetlər dövründə çox çətinliklər görmüşəm. Böyük Vətən müharibəsi illərində səhər buğda biçininə, günorta pambıq alağına, axşam darı yığımına getmişəm. Çətinliyimiz çox idi. İndiki dövr yaxşıdır. Bolluqdur, əmin-amanlıqdır. Mən də bütün seçkilərdə iştirak edirəm. Bu gün də istədiyim namizədə səs verdim".

Qeyd edək ki, 82 saylı Ağcabədi seçki dairəsi üzrə qeydə alınan seçicilərin 1067-nin yaşı 80-100 arası, 5 seçicinin yaşı isə 100-dən yuxarıdır.

 





09.02.2020    çap et  çap et