525.Az

Lajtya Jullus: Məntəqələrdə seçki proseduruna ciddi əməl edilir


 

Lajtya Jullus: Məntəqələrdə seçki proseduruna ciddi əməl edilir<b style="color:red"></b>

Biz iki seçki dairəsində müşahidə aparırıq. Qeyd etmək istərdim ki, beynəlxalq müşahidə missiyasının bir üzvü olaraq biz adətən seçki bülletenlərinin sayını, seçki qutularının və seçki kabinələrinin qaydalara uyğun hazırlandığı yoxlayırıq. Müşahidələrimiz göstərir ki, indiyədək hər şey qaydalara uyğun həyata keçirilib. Olduğumuz məntəqələrdə seçki proseduruna ciddi əməl edilir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qubada Milli Məclisə keçirilən seçkiləri izləyən Avropa Liberal Gənclər Təşkilatının (LYMEC) nümayəndəsi Julius Lajtha bildirib.

O, əlavə edib ki, sonuncu seçki məntəqəsində seçki prosesinin şəffaf və ədalətli keçirilməsi üçün quraşdırılmış veb-kameraları da yoxlayıblar. Ümumiyyətlə, seçicilər üçün məlumat xarakterli bukletlər və broşürlər də seçki prosedurlarına uyğun hazırlanıb.

 





09.02.2020    çap et  çap et