525.Az

"O səs Türkiyə"də azərbaycanlılar üz-üzə gəldi (Video)


 

"O səs Türkiyə"də azərbaycanlılar üz-üzə gəldi <b style="color:red">(Video)</b>

Dünən dünyanın məşhur "Voice" yarışmasının Türkiyədəki variantı "O səs Türkiyə"də azərbaycanlı iştirakçılar duelə çıxıblar. 

525.az-ın məlumatına görə, Ebru Gündəşin komandasında yer alan, Azərbaycandan qatılan Sevil və Sevinc Səfərova bacıları əslən azərbaycanlı olan Tuğçe Gendigelenlə eyni səhnəni bölüşüblər. Onlar Özden Çavuşla birgə növbəti mərhələ üçün mübarizə aparıblar.

İştirakçılar Demet Akalının “Türkan“ mahnısını səsləndiriblər və Tuğçe Gendigelen qalib çıxaraq növbəti mərhələyə vəsiqə qazanıb. Sevil və Sevinc bacıları isə müsabiqəni tərk ediblər.

Qeyd edək ki, yeni qaydalara əsasən, digər münsiflərin məğlub olmuş yarışmaçıları öz komandalarına seçmək şansı olsa da, Hadise, Murat Boz və Gökhan azərbaycanlı bacıları seçməyiblər.

 





20.11.2013    çap et  çap et