525.Az

Misirli müşahidəçi: Seçki məntəqələrində gördüklərim deməyə əsas verir ki, təşkilatçılıq yüksək səviyyədədir


 

Misirli müşahidəçi: Seçki məntəqələrində gördüklərim deməyə əsas verir ki, təşkilatçılıq yüksək səviyyədədir<b style="color:red"></b>

On ildən çoxdur ki, Azərbaycanla bağlı tədqiqatlar aparıram. Beş il əvvəl mən Azərbaycanda olmuşam. Ötən müddətdə ölkədə xeyli dəyişikliklər baş verib. Görürəm ki, Azərbaycan çox sürətlə inkişaf edir. Müşahidəçisi olduğum bugünkü parlament seçkiləri də ölkənin ictimai-siyasi həyatı üçün vacib hadisələrdən biridir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində parlament seçkilərinin gedişini izləyən Misirin “Dialoq” Siyasi və Media Araşdırmaları mərkəzinin müdiri Əhməd Tahir deyib.

Əhməd Tahir bildirib ki, bugünkü seçkilər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların tərkib hissəsidir. “Mən səhərdən təxminən 6-7 seçki məntəqəsində olmuşam. Müşahidə apardığım məntəqələrdə hər şeyin qaydasında olduğunu gördüm. Müşahidələrim bunu deməyə əsas verir ki, seçkilərdə təşkilatçılıq yüksək səviyyədədir. Hər şey şəffafdır. Məntəqələrin veb-kameralarla təchiz olunması, seçicilərin barmaqlarının gözə görünməyən mürəkkəblə işarələnməsi də bunun əyani sübutudur. Bundan başqa, müşahidəçilərin prosesi izləməsi də aşkarlıq nümunəsidir. Havanın soyuq olmasına baxmayaraq, yaşlı insanların seçki məntəqələrinə gəlib səs vermələri bizim diqqətimizi cəlb etdi. Həmçinin gənclərin də fəallığı bizdə maraq yaratdı. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı seçkiyə nə qədər önəm verir”, - deyə misirli müşahidəçi qeyd edib.

 





09.02.2020    çap et  çap et