525.Az

Fransa portalı: Azərbaycan Qafqazın sabitliyinin özəyidir


 

Fransa portalı: Azərbaycan Qafqazın sabitliyinin özəyidir<b style="color:red"></b>

Fransanın “Politiquematin” portalında “Azərbaycan - Qafqazın sabitliyinin özəyi” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə ölkəmizin keşməkeşli tarixindən, müstəqilliyinin ilk illərindən üzləşdiyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışılır. Qeyd olunur ki, Azərbaycan Qafqazda ilk dünyəvi və parlamentli respublikadır.

Məqalədə Azərbaycanda keçirilən parlament seçkilərinə də toxunulub. Vurğulanıb ki, seçkilər 57 beynəlxalq təşkilatı təmsil edən 861 müşahidəçi tərəfindən izlənilir.

Diqqətə çatdırılıb ki, dünya miqyasında seçki məntəqələrində ilk dəfə veb-kameralar məhz Azərbaycanda quraşdırılıb.

Müəllif hətta Fransadan 25 il əvvəl Azərbaycanda qadınlara səsvermə hüququnun verildiyini bildirib. Qeyd edib ki, budəfəki seçkilərdə 357 qadın deputatlığa namizədliyini irəli sürüb.
Yazıda müxtəlif beynəlxalq təşkilatların ölkəmizdə seçkilərin şəffaf keçirilməsi ilə bağlı təşkilatı işlərin yüksək səviyyədə aparılması ilə bağlı fikirlərinə də yer verilib.

Parlament seçkilərinin beynəlxalq jurnalistlər tərəfindən də müşahidə edildiyi, bu seçkilərin ölkəmizdə müxtəlif sahələrdə aparılan islahatların tərkib hissəsi olduğu diqqətə çatdırılıb.

Müəllif Azərbaycanın beynəlxalq tərəfdaşlıq strategiyası yürütdüyünü də qeyd edib.

 





09.02.2020    çap et  çap et