525.Az

Andrey Osipov: Biz insanların seçkilərə marağını görürük


 

Andrey Osipov: Biz insanların seçkilərə marağını görürük<b style="color:red"></b>

Biz Azərbaycanda parlament seçkilərini müşahidə edirik. Baş çəkdiyimiz birinci məntəqədə səsvermə prosesi hələ başlamadan öncə oradaydıq. Bütün prosedurlarda, o cümlədən seçki qutularının plomblanması, protokolların imzalanması prosedurlarında iştirak etdik. Seçkilər bütövlükdə mütəşəkkil keçirilir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Saatlıda Milli Məclisə keçirilən seçkiləri izləyən Rusiyanın Altay diyarından olan MDB müşahidəçilər missiyasının üzvü Andrey Osipov deyib.

O qeyd edib ki, insanlar səsverməyə mütəşəkkil gəlirlər: “Bu, önəmlidir. Bu mütəşəkkillik heç də başqa ölkələrdə rast gəlinməyən haldır. Biz insanların seçkilərə marağını görürük. Milli müşahidəçilər, o cümlədən namizədləri təmsil edən müşahidəçilər yetərincə çoxdur. Havanın əlverişsiz olmasına baxmayaraq, insanlar seçkilərə gedirlər. Biz indiyədək 62 saylı Saatlı seçki dairəsindəki 7 seçki məntəqəsində olmuşuq. Ümidvarıq ki, başqa məntəqələrdə də indi gördüyümüz fəallığı müşahidə edəcəyik”.

 





09.02.2020    çap et  çap et