525.Az

İsveçdə "Can Qarabağ" sənədli filminin təqdimatı keçirilib


 

İsveçdə "Can Qarabağ" sənədli filminin təqdimatı keçirilib<b style="color:red"></b>

İsveçdə "Can Qarabağ" sənədli filminin təqdimatı keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçə səfəri çərçivəsində bu ölkədə yaşayan rejissor Rahim Sadıqbəylinin “Can Qarabağ” adlı filminin təqdimat mərasimində iştirak edib.

Tədbirdə İsveç, Norveç, Finlandiya və Danimarkadan olan diaspor fəalları ilə yanaşı, İsveçdəki Azərbaycan səfirliyinin birinci katibi Vaqif Seyidbəyov da iştirak edib.

Ekran əsərində İsveç-Azərbaycan Dərnəyinin (SAF) nəzdində fəaliyyət göstərən “Qarabağ” uşaq milli rəqs qrupu, SAF dərnəyinin rəhbəri Sevda Dadaşova və qrupun müəllimlərinin fəaliyyəti haqqında ətraflı danışılır. Bildirilir ki, “Qarabağ” uşaq milli rəqs qrupu mədəniyyətimizi daha da tanıtmaqla yanaşı, öz fəaliyyəti ilə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri və qaçqınlarımız haqqında məlumatı da yaymağa davam edir. Filmdə, habelə müxtəlif mükafat və medallara layiq görülən “Qarabağ” rəqs qrupunun yaranması, fəaliyyəti, Azərbaycan rəqslərinin və mədəniyyətinin tanıdılması işində rolundan da məlumat verməklə yanaşı, rəqs qrupun İsveç və Avropada qazandığı uğurlardan da bəhs olunur.
Qeyd edək ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səlhət Abbasova, SAF-ın nəzdində fəaliyyət göstərən “Qarabağ” uşaq milli rəqs qrupunun rəhbərliyi və üzvlərinə diplom və hədiyyələr təqdim edilib.

 





09.02.2020    çap et  çap et